Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qonağı toyda döydülər

Azərbaycanda qonağı toyda döydülər

CƏMİYYƏT

223

11.09.2024, 14:44

Ağstafa sakini Göygöldə toyda döyülüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini,1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. 

Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.