Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev 10 milyonuncu Azərbaycan vətəndaşına ev bağışladı

2019-04/1554797812_10-1.jpg

CƏMİYYƏT

826

09.04.2019, 12:17

\"\" Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu vətəndaşına ev verib.
Bu barədə Oxu24.com-a açıqlamasında yeni doğulan körpənin atası Rauf Həsənov məlumat verib. Qeyd edib ki, ölkə başçısı onun qızına Yasamalda ev bağışlayıb. Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Valideynləri uşağın adını Mehriban qoyublar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.