Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11764
az

Peyğəmbərdən (s) İmam Hüseynin (ə) fəziləti haqda 12 hədis

21:3508 Aprel, 2019
1433
CƏMİYYƏT
  • A
1. İmam Hüseyn (ə) buyurur ki, Peyğəmbəri-Əkrəmin (s) otağına daxil olduqda gördüm ki, Übəyy ibn Kə`b də o həzrətin hüzurundadır. Peyğəmbəri-Əkrəm (s) mənə buyurdu:
 
فَقَالَ لِي رَسُولُ اللهِ (ص) مَرْحَبًا بِكَ يَا اَبَا عَبْدِ الله، يَا زَيْنَ السَّمٰوَاتِ وَ الْأَرَضِينَ! قَالَ لَهُ اُبَيٌّ: وَ كَيْفَ يَكُونُ يَا رَسُولَ اللهِ (ص) زَيْنُ السَّمٰوَاتِ وَ الْأَرَضِينَ اَحَدٌ غَيْرُكَ؟ قَالَ: اُبَيُّ وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ نَبِيًّا إِنَّ الْحُسَيْنَ بْنَ عَلِيٍّ فِي السَّمَاءِ أَكْبَرُ مِنْهُ فِي الْأَرْضِ، وَ إِنَّهُ لَمَكْتُوبٌ عَنْ يَمِينِ عَرْشِ اللهِ عَزَّ وَ جَلَّ: مُصْبَاحُ هُدًي وَ سَفِينَةُ نَجَاةٍ
 
“Ey Əba-Əbdullah, xoş gəlibsən, ey göylərin və yerlərin zinəti!”
 
Übəyy, Peyğəmbəri-Əkrəmdən (s) soruşdu: “Ey Allahın Rəsulu (s)! Səndən başqası da göylərin və yerlərin zinəti ola bilərmi?!”
Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən, ərşin sağ tərəfində yazılıb: “Hüseyn hidayət çırağı və nicat gəmisidir!”
 
2. Peyğəmbəri-Əkrəm (s) buyurub:
الْحَسَنُ وَالْحُسَیْنُ اِمامانِ قاما اَوْ قَعَد
“Həsənlə Hüseyn qiyam etsələr də, etməsələr də, imamdırlar.”
 
3. Peyğəmbəri-Əkrəm (s) buyurub:
ان الحسن و الحسين هما ريحانتاى من الدنيا من احبنى فليحبهما
“Sözsüz, Həsənlə Hüseyn dünyada mənim iki gülümdür. Məni sevənlər onların hər ikisinə məhəbbət bəsləməlidirlər.”
 
4. Peyğəmbəri-Əkrəm (s) buyurub:
اِنَّ لِلْحُسَيْنَ مَحَبَّةً مَكْنُونَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ
“Həqiqətən, möminlərin qəlbində Hüseynə gizli məhəbbət vardır!”
اِنَّ لِلْحُسَيْنِ فِي بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً مَكْنُونَةً
“Həqiqətən, möminlərin qəlblərində Hüseynlə gizli tanışlıq vardır!”
اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا
“Möminlərin qəlbində Hüseynin qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq!”
 
5. Peyğəmbəri-Əkrəm (s) buyurub:
حُسَيْنٌ مِنِّي وَ اَنَا مِنْ حُسَيْنٍ، اَحَبَّ اللهَ مَنْ اَحَبّ َحُسَيْنًا
“Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah da sevir!”
 
6. Peyğəmbəri-Əkrəm (s) buyurub:
...وَ هُوَ سَيِّدُ شَبَابِ اَهْلِ الْجَنَّةِ وَ بَابُ نَجَاةِ الْأُمَّةِ، اَمْرُهُ اَمْرِي وَ طَاعَتُهُ طَاعَتِي، مَنْ تَبِعَهُ فَإِنَّهُ مِنِّي وَ مَنْ عَصَاهُ فَلَيْسَ مِنِّي
“...O (Hüseyn) behişt gənclərinin sərvəri, ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim, ona itaət mənə itaətdir. Onun yolu ilə gedən məndəndir, ona qarşı çıxan isə məndən ayrıdır!”
 
7. Peyğəmbəri-Əkrəm (s) buyurub:
مَنْ اَحَبَّ اَنْ يَنْظُرَ اِلـٰي اَحَبِّ اَهْلِ الْاَرْضِ اِلـٰي اَهْلِ السَّمَاءِ فَلْيَنْظُرْ اِلَي الْحُسَيْنِ
“Kim yer əhli içərisində səma əhlinin yanında ən sevimli olan kəsə tamaşa etmək istəyirsə, Hüseynə baxsın!”
 
8. Hüzəyfə ibn Yəmani, Peyğəmbəri-Əkrəmin (s) Hüseyn ibn Əli (ə) haqqında belə buyurduğunu nəql edir:
يَا اَيُّهَا النَّاسِ، هٰذَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ فَاعْرِفُوهُ فَوَ الَّذِي نَفْسِي بِيَدِهِ، إِنَّهُ فِي الْجَنَّةِ وَ مُحِبِّيهِ فِي الْجَنَّةِ وَ مُحِبِّي مُحِبِّهِ فِي الْجَنَّةِ
“Ey insanlar, bu Əli oğlu Hüseyndir, onu tanıyın! And olsun canım ixtiyarında olana (Allaha)! Həqiqətən, onun (Hüseyn) yeri cənnətdir, onu sevənlər və onu sevənləri sevənlərin də yeri cənnətdir.”
 
9. Peyğəmbəri-Əkrəm (s) buyurub:
...وَ بِالْحُسَيْنِ تَسْعَدُونَ وَ بِهِ تَشْقُونَ، اَلٰا اِنَّمَا الْحُسَيْنُ بَابٌ مِنْ اَبْوَابِ الْجَنَّةِ، مَنْ عَادَاه حَرَّمَ اللهُ عَلَيْهِ رَائِحَةَ الْجَنَّةِ
“İnsanlar Hüseynin vasitəsilə xoşbəxt və bədbəxt olarlar (o həzrətin yolunu tutanlar xoşbəxt, ona qarşı çıxanlar isə bədbəxtdir). Agah olun ki, həqiqətən, Hüseyn cənnət qapılarından biridir və Allah onunla düşmənçilik edənə cənnətin ətrini haram edər.”
 
10. Xanım Fatimeyi-Zəhradan (s.ə) belə nəql olunur:
دَخَلَ اِلَيَّ رَسُولُ اللهِ (ص) عِنْدَ وِلَادَةِ الْحُسَيْنِ (ع)، فَنَاوَلْتُهُ إِيَّاهُ فِي خِرْقَةٍ صَفْرَاءَ. فَرَميٰ بِهَا وَ أَخَذَ خِرْقَةً بَيْضَاءَ وَ لَفَّهُ فِيهَا ثُمَّ قَالَ: خُذِيهِ يَا فَاطِمَةُ فَإْنَّهُ اِمَامٌ ابْنُ اِمَامٍ، أَبُو الْأَئِمَّةِ التِّسْعَةِ، مِنْ صُلْبِهِ اَئِمَّةُ اَبْرَارٍ وَ التَّاسِعُ قَائِمُهُمْ
“Hüseynin anadan olduğu gün Allah Rəsulu (s) evimizə gəldi. Sarı parçaya bükülmüş uşağı ona verdim. O, sarı parçanı kənara ataraq uşağı ağ parçaya büküb dedi: “Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladı, doqquz pak və məsum imam atasıdır və onların doqquzuncusu Qaimdir (imam Məhdi (əc.)).”
 
11. Bərra ibn Azib belə nəql edir:
رَأَيْتُ رَسُولَ اللهِ (ص) حَامِلَ الْحُسَيْنِ (ع) وَ هُوَ يَقُولُ: "اَللّـٰهُمَّ اِنِّي اُحِبُّهُ فَاَحِبَّهُ
“Gördüm ki, Allah Rəsulu (s) Hüseyni qucağına alıb deyir: “Pərvərdigara, mən onu sevirəm, Sən də onu sev!”
 
12. Peyğəmbəri-Əkrəm (s) xanım Fatimeyi-Zəhraya (s.ə) buyurub:
كُلُّ عَيْنٍ بَاكِيَةٌ يَوْمَ الْقِيَامَةِ اِلَّا عَيْنٌ بَكَتْ عَليٰ مُصَابِ الْحُسَيْنِ، فَإِنَّهَا ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ بنعيم الْجَنَّة
“Qiyamət günü Hüseynin müsibətinə ağlayan gözdən başqa, bütün gözlər ağlayacaq. Ona ağlayan göz (qiyamətdə) cənnət nemətləri ilə şad və xürrəm olacaqdır.” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ