Müğənni Rüfət Axundov "Space" televiziyasında yayımlanan verilişlərin birində efirə uyğun olmayan xoşagəlməz ifadələr səsləndirib.
Oxu24.com xəbər verir ki,
big.az-a sözügedən mövzu ilə bağlı açıqlama verən tanınmış rejissor Kənan MM bildirib ki, efirdə bizə nə edirlərsə, əcəb edirlər:
"Bu məsələdə günahkar tamaşaçılardır. Hələ bu nədir ki, görün nələr baş verəcək. Bu gün-sabah çılpaq videosu yayılan o 3 qız da efirdə veriliş aparacaq. Bizə belə şeylər lazımdır. "Manıs"lar arasında, sadəcə, bunu tutuzdurmaq lazımdır. Azərbaycan teleməkanı "İnstagram" üzərindəki reytinq göstəriciləri ilə idarə olunur. Xeyirli olsun. Sonra deyirlər ki, Kənan MM niyə efirə çıxmır. Hansı efirə çıxım?"
Oxu24.com
ŞƏRHLƏR