Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub: Şəmkirdə HADİSƏ
23 Noyabr 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
05.09.2024, 20:49
Sosial şəbəkələrdə yenə çaşqınlıq yaranıb.
OXU24.COM xəbər verir ki, bu dəfə səs-küyə Respublikaçı Alternativ Partiyasından olan deputat Erkin Qədirli səbəb olub.
Xatırladaq ki, son parlament seçkilərində ikinci Yasamal rayonundan iştirak edən deputatlığa namizəd E.Qədirli qalib elan edilib.
Lakin Erkin Qədirli qazandığı qələbədən narazı qalıb və buna görə də o, “seçilmiş” deputatın lehinə həddən çox bülleten atılması ilə bağlı Dairə Seçki Komissiyası üzvlərindən Mərkəzi Seçki Komissiyasına şikayət edib.
Qalib deputatın özündən şikayətlə Mərkəzi Seçki Komissiyasına müraciət etməsi xüsusi diqqətə layiqdir.
E.Qədirli haqqin.az-ın əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib: “6 seçki məntəqəsi üzrə nəticələrlə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət göndərmişəm. Müşahidəçilərim əlimizdə olan səslərin sayılması ilə komissiyanın protokolları arasında uyğunsuzluqlar qeydə aldılar. Dairə seçki komissiyasından mənə verilən protokollarda, səs verənlərin sayı şişirdilib”.
Deputat deyir ki, görünür, bu, seçici fəallığını artırmaq üçün edilib. “Səsvermə prosesi və seçki fəallığı ilə bağlı heç bir illüziyam yoxdur. Bəli, mən seçkilərdə qalib gəldim, lakin protokollarda göstərilən üstünlüklə yox”.
Deputat 2020-ci il seçkiləri zamanı da eyni hadisəni xatırladıb. Həmin vaxt E.Qədirli şikayət verib və beş məntəqədə səsvermənin nəticələri ləğv edilib.
Millət vəkili onu da bildirib ki, MSK-nın protokollarına əsasən, təmsil etdiyi məntəqələrdə seçki fəallığı 22 faiz təşkil edib, baxmayaraq ki, reallıqda seçicilərin cəmi 14 faizi seçkiyə gəlib.
“Mən Mərkəzi Seçki Komissiyasına müraciət etmişəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”, - deyə deputat yekunlaşdırıb.
21:55 / 23 Noyabr 2026
47
21:51 / 23 Noyabr 2026
160
21:44 / 23 Noyabr 2026
70
21:35 / 23 Noyabr 2026
72
21:27 / 23 Noyabr 2026
97
20:55 / 23 Noyabr 2026
1105
20:46 / 23 Noyabr 2026
75
20:37 / 23 Noyabr 2026
98
20:21 / 23 Noyabr 2026
96
20:16 / 23 Noyabr 2026
139
20:09 / 23 Noyabr 2026
121
19:53 / 23 Noyabr 2026
100
19:39 / 23 Noyabr 2026
446
19:33 / 23 Noyabr 2026
98
19:14 / 23 Noyabr 2026
109
19:10 / 23 Noyabr 2026
456
19:00 / 23 Noyabr 2026
120
18:46 / 23 Noyabr 2026
313
18:42 / 23 Noyabr 2026
175
18:35 / 23 Noyabr 2026
146
18:13 / 23 Noyabr 2026
136
18:09 / 23 Noyabr 2026
5433
17:55 / 23 Noyabr 2026
298
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.