Qaynar xətt:

(+99450) 247 90 86

80-dən çox insan şaurmadan zəhərləndi

80-dən çox insan şaurmadan zəhərləndi

CƏMİYYƏT

251

05.09.2024, 17:12

Rusiya Federasiyasının Kareliya Respublikasında şaurmadan zəhərlənənlərin sayı xeyli artıb.

OXU24.COM xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə 87 nəfər xəstəliklə bağlı həkimə müraciət edib, onlardan 26-sı yoluxucu xəstəliklər şöbəsindədir, qalanları isə ambulator müalicə alır.

“Xəstələrin vəziyyəti orta ağırdır, yaxşılaşır. Xəstəxanada müalicə üçün lazım olan hər şey var”, - deyə şöbədən bildiriblər.

İstintaq Segeja şəhərində 24-ü azyaşlı olmaqla 39 nəfərin qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilməsindən sonra başlayıb.

Müəssisənin sahibi saxlanılıb, şəxs barəsində cinayət işi başlanıb.