Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşirmiş

Azərbaycanın böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşirmiş

CƏMİYYƏT

1012

07.04.2019, 16:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb.
Oxu24.com açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. Onun sözlərinə görə, Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib. Bu canlılar devon dövründə - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövrdə mövcud olan okeanda yaşayıblar.