Mehman Qasımov işdən çıxarıldı
13 Dekabr 2025, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
218
29.08.2024, 16:50
Sentyabrın 9-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilər və keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, 13-15 sentyabr tarixlərində baş tutacaq “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Bildirilib ki, Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Qeyd edilib ki, hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək.
Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.
Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
Həmçinin oxuyun
Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.
Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.