"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
20.08.2024, 09:44
Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına elektrik enerjisinin ixracı ilə bağlı “Karub Enerji Sənaye və Ticarət”, “Nobel Energy Management” və “Baltech Enerji” şirkətlərinin nümayəndələri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndələri arasında ayrı-ayrılıqda müxtəlif vaxtlarda görüşlər keçirilib.
OXU24.COM xəbər verir ki, bu barədə Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşlərdə şirkət nümayəndələri ilə muxtar respublikanın elektrik şəbəkəsi infrastrukturu, mövcud imkanlar və gələcək prioritetlər müzakirə edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında da müxtəlif vaxtlarda görüşlər keçirilib, Türkiyə Respublikası və Naxçıvan Muxtar Respublikası tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb.
“Əməliyyat müqaviləsi”nin yaxın zamanlarda imzalanması planlaşdırılır.
Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.