Bakıda binada yanğın - ÖLƏN VAR
29 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
213
11.08.2024, 21:15
Azərbaycanda oktyabr ayında keçiriləcək «Formula -1» yarışı ilə əlaqədar olaraq ölkəyə gələn turistlər üçün viza prosedurları sadələşdiriləcək.
Dünən avqustun 10-da prezident İlham Əliyev Bakıda keçiriləcək «Formula 1» yarışı ilə əlaqədar ölkəyə gələn turistlər üçün üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn turistlər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Bunun üçün onlar ölkəyə gələrkən hava limanında müvafiq sənədləri təqdim etməlidirlər. Bunlar
1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
Həmçinin oxuyun
2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
3. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəddir.
Sərəncamda Azərbaycanın Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, «Formula 1» yarışı ilə əlaqədar ölkəyə gələn turistlər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin. Eləcə də nazirlik yarışla əlaqədar ölkəmizə gələcək turistlər üçün viza prosedurlarının sadələşdirilməsi, turistlərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatı nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 yarışı ilə əlaqədar respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
00:43 / 29 Aprel 2026
225
23:49 / 28 Aprel 2026
82
23:42 / 28 Aprel 2026
112
23:38 / 28 Aprel 2026
111
23:26 / 28 Aprel 2026
165
22:48 / 28 Aprel 2026
94
22:46 / 28 Aprel 2026
151
22:28 / 28 Aprel 2026
157
21:58 / 28 Aprel 2026
80
21:40 / 28 Aprel 2026
100
21:29 / 28 Aprel 2026
117
21:18 / 28 Aprel 2026
94
21:04 / 28 Aprel 2026
119
20:50 / 28 Aprel 2026
114
20:39 / 28 Aprel 2026
125
20:19 / 28 Aprel 2026
104
20:11 / 28 Aprel 2026
170
20:10 / 28 Aprel 2026
99
20:06 / 28 Aprel 2026
78
19:59 / 28 Aprel 2026
94
19:58 / 28 Aprel 2026
95
19:57 / 28 Aprel 2026
82
19:56 / 28 Aprel 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.