Qaynar xətt:

(+99450) 247 90 86

Balakəndə maşın 69 yaşlı qadını vurub öldürdü

Balakəndə maşın 69 yaşlı qadını vurub öldürdü

CƏMİYYƏT

368

23.07.2024, 11:44

İyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.