Sizin kənddə bir aşıq vardı, Gülamalı kişi, o durormu? - Aqşin Yeniseyin yazısı
10 Sentyabr 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
366
19.07.2024, 15:43
Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır.
Oxu24.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
"Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı-Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək və fəaliyyətə başlayacaqlar", - deyə o qeyd edib.
"Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına töhfə verəcək. Hazırda tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan), Horadiz (Füzuli)-Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır", - deyə A.Rzayev əlavə edib.
12:56 / 10 Sentyabr 2026
1
12:47 / 10 Sentyabr 2026
25
12:41 / 10 Sentyabr 2026
26
12:41 / 10 Sentyabr 2026
32
12:35 / 10 Sentyabr 2026
35
12:31 / 10 Sentyabr 2026
39
12:30 / 10 Sentyabr 2026
42
12:28 / 10 Sentyabr 2026
55
12:27 / 10 Sentyabr 2026
237
12:21 / 10 Sentyabr 2026
51
12:20 / 10 Sentyabr 2026
44
12:07 / 10 Sentyabr 2026
61
11:52 / 10 Sentyabr 2026
61
11:41 / 10 Sentyabr 2026
64
11:35 / 10 Sentyabr 2026
59
11:27 / 10 Sentyabr 2026
64
11:23 / 10 Sentyabr 2026
99
11:17 / 10 Sentyabr 2026
318
11:11 / 10 Sentyabr 2026
68
10:56 / 10 Sentyabr 2026
117
10:55 / 10 Sentyabr 2026
61
10:45 / 10 Sentyabr 2026
59
10:35 / 10 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.