Sizin kənddə bir aşıq vardı, Gülamalı kişi, o durormu? - Aqşin Yeniseyin yazısı
10 Sentyabr 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
423
19.07.2024, 13:41
Hazırda Azərbaycanın peşə təhsili müəssisələrində 1200-dən çox istehsalat təlimi ustaları və fənn müəllimləri vakansiyası var.
Oxu24.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.
O qeyd edib ki, iyulun 22-si başlayan işə qəbul müsabiqəsi çərçivəsində uğur qazanan şəxslər Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində çalışacaqlar:
"Ümumilikdə, 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Qeyd edim ki, bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır".
Direktor əlavə edib ki, peşə təhsili müəssisələrində çalışan 135 mühəndis-pedaqoji heyət üzvü yeni qaydalara uyğun gəlmir. Buna görə də həmin şəxslərlə əmək müqaviləsi uzadılmayacaq:
"Hazırda ümumilikdə 2598 nəfər peşə təhsili müəssisələrində çalışır. Onlardan 116 nəfər staj tələbi, 19 nəfər isə təhsil tələbi ilə əlaqədar yeni qaydalara uyğun hesab edilməyiblər".
12:56 / 10 Sentyabr 2026
1
12:47 / 10 Sentyabr 2026
25
12:41 / 10 Sentyabr 2026
26
12:41 / 10 Sentyabr 2026
32
12:35 / 10 Sentyabr 2026
35
12:31 / 10 Sentyabr 2026
39
12:30 / 10 Sentyabr 2026
42
12:28 / 10 Sentyabr 2026
55
12:27 / 10 Sentyabr 2026
237
12:21 / 10 Sentyabr 2026
51
12:20 / 10 Sentyabr 2026
44
12:07 / 10 Sentyabr 2026
61
11:52 / 10 Sentyabr 2026
61
11:41 / 10 Sentyabr 2026
64
11:35 / 10 Sentyabr 2026
59
11:27 / 10 Sentyabr 2026
64
11:23 / 10 Sentyabr 2026
99
11:17 / 10 Sentyabr 2026
318
11:11 / 10 Sentyabr 2026
68
10:56 / 10 Sentyabr 2026
117
10:55 / 10 Sentyabr 2026
61
10:45 / 10 Sentyabr 2026
59
10:35 / 10 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.