Qaynar xətt:

(+99450) 247 90 86

Paytaxtda taksilərin sayı 2 dəfə azalıb

Paytaxtda taksilərin sayı 2 dəfə azalıb

CƏMİYYƏT

235

19.07.2024, 10:29

Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.

Oxu24.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o əlavə edib.