Pensiya almadan vəfat edən şəxsin kapitalı ailəsinə verilirmi? -AÇIQLAMA
27 May 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
359
26.06.2024, 09:26
Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.
OXU24.COM “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutunun üzvü Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.
K.Takahashi və komandasının mayın 2-də Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı qeyd edilib. Bildiriblər ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək:
“Bu pozğunluq nəticəsində bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir”.
Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. Həmin dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək. Heyvan tədqiqatlarında bu günə qədər heç bir mənfi təsir aşkar olunmayıb. Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər. 2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan “USAG-1” molekuluna təsir edərək işləyir. Müvafiq olaraq dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda alimlər dərman sayəsində dişlərin yenidən inkişafını müşahidə ediblər.
K.Takahashi açıqlamasında əlavə edib: “Biz istəyirik ki, dərman protez və implant kimi mövcud müalicələrdən sonra üçüncü variantı təmin etsin”.
12:10 / 27 May 2026
9
12:00 / 27 May 2026
28
11:58 / 27 May 2026
95
11:31 / 27 May 2026
520
11:29 / 27 May 2026
103
11:23 / 27 May 2026
62
11:13 / 27 May 2026
65
11:11 / 27 May 2026
71
11:09 / 27 May 2026
63
11:02 / 27 May 2026
63
10:53 / 27 May 2026
66
10:45 / 27 May 2026
223
10:40 / 27 May 2026
81
10:35 / 27 May 2026
114
10:24 / 27 May 2026
80
10:17 / 27 May 2026
72
10:10 / 27 May 2026
69
10:09 / 27 May 2026
101
10:06 / 27 May 2026
121
09:55 / 27 May 2026
58
09:52 / 27 May 2026
1129
09:47 / 27 May 2026
80
09:42 / 27 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.