Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəzada ölən məktəblinin FOTOSU

Dəhşətli qəzada ölən məktəblinin FOTOSU

CƏMİYYƏT

344

19.06.2024, 12:34

Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən yeniyetmənin fotosu yayılıb.

Oxu24.com xəbər verir ki, bu barədə onun oxuduğu məktəb məlumat yayıb.

Qəzada vəfat edən 2012-ci il təvəllüdlü Ruslan Lamran oğlu Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Bildirilib ki, BMW markalı avtomobil velosipedlə hərəkətdə olan R.Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.

Faktla bağll Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.