Sentyabr ayında pul içində üzəcək BÜRCLƏR
10 Sentyabr 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
376
12.06.2024, 00:17
Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn edilib.
Oxu24.com xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ilə bu gün Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölməsi faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
23:14 / 10 Sentyabr 2026
373
23:08 / 10 Sentyabr 2026
78
23:03 / 10 Sentyabr 2026
88
23:00 / 10 Sentyabr 2026
63
22:53 / 10 Sentyabr 2026
65
22:44 / 10 Sentyabr 2026
75
22:40 / 10 Sentyabr 2026
2113
22:36 / 10 Sentyabr 2026
68
22:28 / 10 Sentyabr 2026
67
22:20 / 10 Sentyabr 2026
72
21:54 / 10 Sentyabr 2026
288
21:50 / 10 Sentyabr 2026
70
21:35 / 10 Sentyabr 2026
89
21:30 / 10 Sentyabr 2026
122
21:27 / 10 Sentyabr 2026
64
21:20 / 10 Sentyabr 2026
79
21:16 / 10 Sentyabr 2026
78
21:15 / 10 Sentyabr 2026
80
21:06 / 10 Sentyabr 2026
82
20:51 / 10 Sentyabr 2026
129
20:50 / 10 Sentyabr 2026
77
20:40 / 10 Sentyabr 2026
76
20:38 / 10 Sentyabr 2026
721
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.