Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1117
az

Yeni qanunla əhalinin əksəriyyəti pensiya ala bilməyəcək

23:4626 Aprel, 2018
2746
CƏMİYYƏT
  • A
 Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya islahatı ilə bağlı bəyanat yayıb.

Oxu24.com  xəbər verir ki, ADR Hərəkatının rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, rəhbəri olduğu təşkilatın ekspertlərinin qiymətləndirmələri göstərir ki, pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarını məhdudlaşdırır.

 İqtisadçı qeyd edib edib ki, bu da orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq:

"Belə ki, yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub. Bu dəyişikliklərə görə, bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək. Bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da hazırki məbləği 55 manatdır”.

Qubad İbadoğlunun sözlərinə görə, hazırda rayonlarda yaşayan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir:

"Belə ki, 110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək. Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq, pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyın hökmünə buraxmaq deməkdir”.

ADR Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir, bunu ahıl insanların sosial - iqtisadi, yaşam hüquqlarının pozulması kimi qiymətləndirir, son dəyişkliklərin ləğv edilməsini, sosial cəhətdən ədalətli pensiya sisteminin qurulmasını tələb edir və hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ilin direktoru işdən azad edildi
Avtomobil yük maşını ilə toqquşdu: ölən var
“Axır vaxtlar bir az emosional olmuşam” - Azər Bağırov

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi