Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərdə "Son zəng"lə bağlı monitorinqlərə başlanıldı

Məktəblərdə \\\"Son zəng\\\"lə bağlı monitorinqlərə başlanıldı

CƏMİYYƏT

321

10.06.2024, 14:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib.

Oxu24.com xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir. Monitorinqlərin keçirilməsində məqsəd “Son zəng” tədbirləri ilə bağlı hazırlanan və təhsil müəssisələrinə göndərilən təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.