Qaynar xətt:

(+99450) 247 90 86

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Şəmkirdə birgə tədbir keçiriblər

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Şəmkirdə birgə tədbir keçiriblər

CƏMİYYƏT

412

10.06.2024, 12:51

Milli Qurtuluşun-Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının 31-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Şəmkir rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Hərbi prokurorun böyük köməkçisi-mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

Sonra Firad Əliyev, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev, polkovnik Anar Nəsirli və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.

Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

 

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

70

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

89

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

122

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

64

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

79

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

78

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

80

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

82

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

129

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

77

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

76

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

721

0