Qaynar xətt:

(+99450) 247 90 86

İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA

İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA

CƏMİYYƏT

511

09.06.2024, 00:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün keçirilən sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib.

OXU24.COM -un xəbərinə görə, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, ilkin mərhələdə əldə olunan nəticələr hələ yekun deyil:

"Qarşıdakı günlərdə apellyasiya müraciətlərinə baxılacaq. Yekun nəticələr olduqdan sonra növbəti addımlar atılacaq və bu zaman ictimaiyyətə öncədən məlumat veriləcək".

Nurlan İsmayılbəyli deyib ki, sertifikatlaşdırmada uğursuz olan müəllimlər MİQ imtahanlarında iştirak edə bilərlər.

O bildirib ki, qanunvericilikdə sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlərin MİQ imtahanlarında iştirakına məhdudiyyətin qoyulması ilə bağlı müddəa yoxdur.