Rubl görün neçəyə oldu
11 Sentyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
263
08.06.2024, 17:38
“Koronavirus insanlığı tərk etməyib və hələ də can almağa davam edir”.
Oxu24.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev xəbərdarlıq edib.
Onun sözlərinə görə, COVID-19 indi sadəcə mövsümi xarakter alıb.
“Keçən ildən etibarən ÜST-nin qərarına əsasən, koronavirusun rəsmən beynəlxalq miqyasda ictimai səhiyyəyə təhlükə olmadığını deyə bilərik. Lakin bu, əlbəttə, koronavirusun həyatımızdan getdiyi anlamına gəlmir. Təəssüf ki, insanlar xəstələnir, yoluxur və ölüm halları var. Koronavirusun mövsümi infeksiyalar sırasına keçdiyini söyləmək olar”, – deyə mütəxəssis qeyd edib.
O, dünyanın bir çox ölkəsinin ölümlər də daxil olmaqla, COVID-19 halları barədə hələ də məlumat verməyə davam etdiyini vurğulayıb.
“Biz bununla yaşamağa məcburuq”, – deyə mütəxəssis vurğulayıb.
Berdıklıçev həmçinin qeyd edib ki, ÜST koronavirusa qarşı peyvənd tövsiyələrini yeniləyib.
“İndi prioritet qruplar yaşlılar, immuniteti zəif olanlar, çoxsaylı xroniki xəstəlikləri olanlar, həmçinin xəstə ilə birbaşa təmasda olan həkimlərdir. Bu qruplara təkrar peyvənd məsləhət görülür”, – deyə o sözlərini yekunlaşdırıb.
09:22 / 11 Sentyabr 2026
1
23:14 / 10 Sentyabr 2026
804
23:08 / 10 Sentyabr 2026
115
23:03 / 10 Sentyabr 2026
138
23:00 / 10 Sentyabr 2026
75
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
93
22:40 / 10 Sentyabr 2026
3443
22:36 / 10 Sentyabr 2026
76
22:28 / 10 Sentyabr 2026
76
22:20 / 10 Sentyabr 2026
88
21:54 / 10 Sentyabr 2026
414
21:50 / 10 Sentyabr 2026
79
21:35 / 10 Sentyabr 2026
105
21:30 / 10 Sentyabr 2026
157
21:27 / 10 Sentyabr 2026
72
21:20 / 10 Sentyabr 2026
87
21:16 / 10 Sentyabr 2026
91
21:15 / 10 Sentyabr 2026
91
21:06 / 10 Sentyabr 2026
91
20:51 / 10 Sentyabr 2026
140
20:50 / 10 Sentyabr 2026
85
20:40 / 10 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.