Bakıda bu küçə bağlanacaq
11 Sentyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
377
05.06.2024, 15:27
Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşımalar, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Oxu24.com xəbər verir ki, bu günədək ölkə daxilində sifarişli sərnişin və yükdaşımaları üzrə buraxılış kartı üçün 24670, buraxılış vəsiqəsi üçün isə 9562 müraciət daxil olub.
Bunlardan 22397 buraxılış kartı, 7289 buraxılış vəsiqəsi üçün müraciət edənlər ölkədaxili yükdaşımaları həyata keçirənlərdir. Sifarişli sərnişindaşıma sahəsində isə müraciət edilən buraxılış kartlarının sayı 2273, buraxılış vəsiqələrinin sayı 1529-dur. İcazələrin verilməsi prosesi davam etdirilir.
Qeyd edək ki, sifarişli sərnişindaşıma və ölkə daxilində yükdaşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün Agentlik tərəfindən “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, daşıyıcıların uçotunun aparılması, bu sahədə daşımaların təhlükəsizliyinin, ətraf mühit və əməyin mühafizəsinin təmin olunmasıdır.
11:31 / 11 Sentyabr 2026
8
11:30 / 11 Sentyabr 2026
21
11:00 / 11 Sentyabr 2026
36
10:52 / 11 Sentyabr 2026
474
10:48 / 11 Sentyabr 2026
59
10:44 / 11 Sentyabr 2026
65
10:38 / 11 Sentyabr 2026
57
10:34 / 11 Sentyabr 2026
50
10:33 / 11 Sentyabr 2026
57
10:30 / 11 Sentyabr 2026
55
10:24 / 11 Sentyabr 2026
58
10:02 / 11 Sentyabr 2026
54
09:57 / 11 Sentyabr 2026
564
09:52 / 11 Sentyabr 2026
132
09:29 / 11 Sentyabr 2026
54
09:26 / 11 Sentyabr 2026
105
09:24 / 11 Sentyabr 2026
59
09:22 / 11 Sentyabr 2026
88
23:14 / 10 Sentyabr 2026
966
23:08 / 10 Sentyabr 2026
129
23:03 / 10 Sentyabr 2026
149
23:00 / 10 Sentyabr 2026
79
22:53 / 10 Sentyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.