“Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
11 Dekabr 2025, 13:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
642
29.05.2024, 18:56
Dünəndən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdəki qruplarda yayılan məlumatlarda polis nişanları olan sənədlər və blanklar daşıyan şəxslərin siyahıyaalma ərəfəsində hər kəsin şəxsiyyət vəsiqəsinin etibarlı olub-olmamasını yoxlaması üçün qapıları döydüyü bildirilib. Qeyd edilib ki, polis adı ilə qapını döyən şəxslər əslində oğurluq məqsədilə evlərə daxil olurlar. Onların əlində noutbuk, biometrik cihaz və bütün adların siyahısı var.
Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb.

Həmçinin oxuyun
Bundan başqa, son günlər Azərbaycanda daxili işlər orqanlarının kibercinayətkarlıqla mübarizədə maarifləndirmə işini daha da artırması müşahidə edilir. Belə ki, son günlər ərazilər üzrə polis əməkdaşları şəxsən əhali ilə görüşərək, bəzən isə ünvana gedərək onlara kibercinayətlərin qurbanı olmamaları məqsədilə maarifləndirici məlumatlar təqdim edir. 12 bənddən ibarət maarifləndirici materiallarda vətəndaşların şirnikləndirici təkliflərə aldanmaması, elan saytlarında məlumatlarını yerləşdirərkən ehtiyatlı olmaları, kart məlumatlarını bankomatlara daxil etdikdən sonra ekranın tam sönməsinə əmin olmamaları, uduş və hədiyyələrlə bağlı gələn təkliflərə inanmamaları vurğulanır.
Bu məqamda belə xəbərlərin yayılması vətəndaşlarda narahatlığa səbəb ola bilər. Vətəndaşlar isə bu tip saxta məlumatları yayarkən diqqətli olmalıdırlar.
***
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur: "DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb".
13:13 / 11 Dekabr 2025
10
13:10 / 11 Dekabr 2025
305
13:09 / 11 Dekabr 2025
11
13:06 / 11 Dekabr 2025
365
12:57 / 11 Dekabr 2025
61
12:32 / 11 Dekabr 2025
907
12:18 / 11 Dekabr 2025
39
11:57 / 11 Dekabr 2025
1234
11:55 / 11 Dekabr 2025
39
11:36 / 11 Dekabr 2025
59
11:00 / 11 Dekabr 2025
1203
10:56 / 11 Dekabr 2025
57
10:20 / 11 Dekabr 2025
55
09:40 / 11 Dekabr 2025
68
09:15 / 11 Dekabr 2025
80
08:35 / 11 Dekabr 2025
125
00:33 / 11 Dekabr 2025
131
00:17 / 11 Dekabr 2025
343
00:10 / 11 Dekabr 2025
136
00:02 / 11 Dekabr 2025
276
23:46 / 10 Dekabr 2025
540
23:44 / 10 Dekabr 2025
124
23:31 / 10 Dekabr 2025
493
23:18 / 10 Dekabr 2025
636
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.