Əhaliyə XƏBƏRDARLIQ: Şimşək və yağış olacaq
25 Oktyabr 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
736
29.05.2024, 18:56
Dünəndən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdəki qruplarda yayılan məlumatlarda polis nişanları olan sənədlər və blanklar daşıyan şəxslərin siyahıyaalma ərəfəsində hər kəsin şəxsiyyət vəsiqəsinin etibarlı olub-olmamasını yoxlaması üçün qapıları döydüyü bildirilib. Qeyd edilib ki, polis adı ilə qapını döyən şəxslər əslində oğurluq məqsədilə evlərə daxil olurlar. Onların əlində noutbuk, biometrik cihaz və bütün adların siyahısı var.
Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb.

Bundan başqa, son günlər Azərbaycanda daxili işlər orqanlarının kibercinayətkarlıqla mübarizədə maarifləndirmə işini daha da artırması müşahidə edilir. Belə ki, son günlər ərazilər üzrə polis əməkdaşları şəxsən əhali ilə görüşərək, bəzən isə ünvana gedərək onlara kibercinayətlərin qurbanı olmamaları məqsədilə maarifləndirici məlumatlar təqdim edir. 12 bənddən ibarət maarifləndirici materiallarda vətəndaşların şirnikləndirici təkliflərə aldanmaması, elan saytlarında məlumatlarını yerləşdirərkən ehtiyatlı olmaları, kart məlumatlarını bankomatlara daxil etdikdən sonra ekranın tam sönməsinə əmin olmamaları, uduş və hədiyyələrlə bağlı gələn təkliflərə inanmamaları vurğulanır.
Bu məqamda belə xəbərlərin yayılması vətəndaşlarda narahatlığa səbəb ola bilər. Vətəndaşlar isə bu tip saxta məlumatları yayarkən diqqətli olmalıdırlar.
***
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur: "DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb".
12:44 / 25 Oktyabr 2026
80
11:19 / 25 Oktyabr 2026
69
10:45 / 25 Oktyabr 2026
99
10:34 / 25 Oktyabr 2026
774
10:30 / 25 Oktyabr 2026
75
23:16 / 24 Oktyabr 2026
251
22:52 / 24 Oktyabr 2026
217
22:34 / 24 Oktyabr 2026
183
22:14 / 24 Oktyabr 2026
119
22:05 / 24 Oktyabr 2026
521
21:42 / 24 Oktyabr 2026
2941
21:28 / 24 Oktyabr 2026
121
21:12 / 24 Oktyabr 2026
114
21:07 / 24 Oktyabr 2026
117
20:52 / 24 Oktyabr 2026
110
20:34 / 24 Oktyabr 2026
115
20:31 / 24 Oktyabr 2026
1323
20:12 / 24 Oktyabr 2026
128
20:05 / 24 Oktyabr 2026
123
19:55 / 24 Oktyabr 2026
114
19:40 / 24 Oktyabr 2026
107
19:09 / 24 Oktyabr 2026
158
18:55 / 24 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.