İftixar Piriyev Mədəniyyət Nazirliyinin əməkdaşından üzr istədi
11 Sentyabr 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
295
29.05.2024, 12:54
Ali Məhkəmə AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərov və Zöhrab Şirinov barəsində qərar verib.
Modern.az xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda onların hökmdən verdikləri kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, sui-qəsd cəhdi ilə bağlı 2017-ci ildə 4 nəfər həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
A.Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Q.Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Z.Şirinovun cəzasını isə 14 il 6 aya endirib.
İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah-sursat əldə edib, sifarişlə Arif Alışanov və onun ailə üzvlərini öldürməyə cəhd edib. O, A.Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirmək istəyib.
Xatırladaq ki, Ş.Əkbərovun Arif Alışanovla biznes ortağı olduğu idda edilib. Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub.
15:05 / 11 Sentyabr 2026
14
15:05 / 11 Sentyabr 2026
12
15:00 / 11 Sentyabr 2026
17
14:45 / 11 Sentyabr 2026
31
14:34 / 11 Sentyabr 2026
152
14:30 / 11 Sentyabr 2026
53
14:15 / 11 Sentyabr 2026
59
14:11 / 11 Sentyabr 2026
55
14:06 / 11 Sentyabr 2026
54
13:53 / 11 Sentyabr 2026
80
13:49 / 11 Sentyabr 2026
135
13:42 / 11 Sentyabr 2026
730
13:28 / 11 Sentyabr 2026
97
13:05 / 11 Sentyabr 2026
79
12:57 / 11 Sentyabr 2026
94
12:52 / 11 Sentyabr 2026
1372
12:48 / 11 Sentyabr 2026
187
12:45 / 11 Sentyabr 2026
112
12:31 / 11 Sentyabr 2026
106
12:24 / 11 Sentyabr 2026
243
12:21 / 11 Sentyabr 2026
71
12:14 / 11 Sentyabr 2026
78
12:06 / 11 Sentyabr 2026
333
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.