Qaynar xətt:

(+99450) 247 90 86

Havada tozun miqdarı normadan çoxdur

Havada tozun miqdarı normadan çoxdur

CƏMİYYƏT

235

28.05.2024, 12:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur. Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

"Bu gün səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib".