Əhaliyə sabahki günlə bağlı xəbərdarlıq
11 Sentyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
402
27.05.2024, 18:23
"Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov daha sonra saytımıza açıqlama verərək bildirib ki, B.Ağaməmmədov mayın 24-ü işdən çıxıb: "Sürücü mayın 7-si işə qəbul olunub və sınaq müddəti verilib. 24 may tarixində sürücü öz istəyi ilə işdən azad edilib. Onun sağlamlığına dair sənədi də təqdim etmişik".
Maraqlıdır ki, B.Ağaməmmədovun avtobus sürücüsü kimi iş başında olmasını əks etdirən görüntülər mayın 24-ü axşam saat 19:30 radələrində lentə alınıb. Və həmin gün sürücü iş başında olub.
Əgər B. Ağaməmmədov hazırda sürücü kimi fəaliyyət göstərmirsə, şirkət "3 gün əvvəl işdən çıxardığı" əməkdaşı niyə bu gün, daha dəqiq bir saat əvvəl təcili narkoloji yoxlamaya göndərib?..
-------
15:14
Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən "Batya Vasmoyski" ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışır.
Marşrut xəttini istismar edən "Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov "Qafqazinfo"ya açıqlamasında B.Ağaməmmədovun artıq tam sağaldığını bildirib. O, sürücünün narkoloji dispanserdə yoxlanışdan keçdiyini deyib:
"Qeyd olunan sürücü əvvəllər xəstəlikdən əziyyət çəkib, lakin daha sonra müalicə olunaraq sağalıb. Bizim təşəbbüsümüzlə sürücü narkoloji analiz də verib və qanında qanunla qadağan edilən hər hansı maddə aşkar edilməyib".
Qeyd edək ki, B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.
"Batya Vasmoyski"nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə "Qafqazinfo"ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib.
-------
11:43
Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.
OXU24.COM xəbər verir ki, "Batya Vasmoyski" ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. "Çinar Trans" MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.
"Batya Vasmoyski" kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli "Qafqazinfo"ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirib: "Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin sonrakı taleyi və davranışlarını sonradan izləyə bilmirik".
40 saylı marşrut xəttini istismar edən "Çinar Trans" MMC-dən bildirildi ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.
17:10 / 11 Sentyabr 2026
8
17:02 / 11 Sentyabr 2026
48
16:59 / 11 Sentyabr 2026
36
16:51 / 11 Sentyabr 2026
265
16:42 / 11 Sentyabr 2026
53
16:30 / 11 Sentyabr 2026
56
16:14 / 11 Sentyabr 2026
221
15:45 / 11 Sentyabr 2026
64
15:24 / 11 Sentyabr 2026
63
15:20 / 11 Sentyabr 2026
76
15:05 / 11 Sentyabr 2026
91
15:05 / 11 Sentyabr 2026
72
15:00 / 11 Sentyabr 2026
138
14:45 / 11 Sentyabr 2026
62
14:34 / 11 Sentyabr 2026
411
14:30 / 11 Sentyabr 2026
81
14:15 / 11 Sentyabr 2026
101
14:11 / 11 Sentyabr 2026
85
14:06 / 11 Sentyabr 2026
69
13:53 / 11 Sentyabr 2026
114
13:49 / 11 Sentyabr 2026
223
13:42 / 11 Sentyabr 2026
1355
13:28 / 11 Sentyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.