Qaynar xətt:

(+99450) 247 90 86

"Onlara alim kimi baxmıram" - Nazir

\\\"Onlara alim kimi baxmıram\\\" - Nazir

CƏMİYYƏT

230

27.05.2024, 14:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram".

Oxu24.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır:

"Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb, səmimi olaraq beş il heç nə yazmayıbsa, ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda, davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması yazılan işin keyfiyyətini müəyyən edir".