Alimlər şəkərdən tamamilə imtina etməyin mənfi nəticələrini aşkar ediblər
26 Noyabr 2026, 02:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
237
27.05.2024, 14:27
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Agentlikdən verilən xəbərə görə, sözügedən Qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir. Müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsi kabinetinə göndərilir.
Son zamanlar işəgötürənlər tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılıb.
Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır.
TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq //edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.
02:09 / 26 Noyabr 2026
1
01:29 / 26 Noyabr 2026
93
01:13 / 26 Noyabr 2026
69
00:47 / 26 Noyabr 2026
89
00:33 / 26 Noyabr 2026
95
00:30 / 26 Noyabr 2026
99
00:19 / 26 Noyabr 2026
109
00:04 / 26 Noyabr 2026
112
00:02 / 26 Noyabr 2026
194
23:45 / 25 Noyabr 2026
105
23:44 / 25 Noyabr 2026
109
23:35 / 25 Noyabr 2026
200
23:29 / 25 Noyabr 2026
106
23:14 / 25 Noyabr 2026
134
23:12 / 25 Noyabr 2026
579
23:05 / 25 Noyabr 2026
115
22:56 / 25 Noyabr 2026
126
22:52 / 25 Noyabr 2026
121
22:45 / 25 Noyabr 2026
158
22:32 / 25 Noyabr 2026
120
22:26 / 25 Noyabr 2026
188
22:16 / 25 Noyabr 2026
147
22:12 / 25 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.