Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
25 Oktyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
282
27.05.2024, 11:07
“İmprotex” Şirkətlər Qrupu tərəfindən “Made in Azerbaijan” brendi altında istehsal olunan daha 10 ədəd “Revival P” mexaniki minatəmizləmə maşınları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təhvil verilib.
Bu barədə Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir:
"Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən biridir.
“Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6.5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlarsərt torpaq örtüyü olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir.
Əldə edilən “Revival P” minatəmizləmə vasitələri ”Böyük Qayıdış” proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geri dönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfə verəcək".
16:35 / 25 Oktyabr 2026
2
16:05 / 25 Oktyabr 2026
51
15:37 / 25 Oktyabr 2026
223
15:34 / 25 Oktyabr 2026
62
15:19 / 25 Oktyabr 2026
74
15:08 / 25 Oktyabr 2026
100
15:05 / 25 Oktyabr 2026
78
14:36 / 25 Oktyabr 2026
77
14:15 / 25 Oktyabr 2026
523
14:00 / 25 Oktyabr 2026
187
13:50 / 25 Oktyabr 2026
251
13:50 / 25 Oktyabr 2026
69
13:35 / 25 Oktyabr 2026
135
13:18 / 25 Oktyabr 2026
1187
13:05 / 25 Oktyabr 2026
78
12:44 / 25 Oktyabr 2026
580
11:19 / 25 Oktyabr 2026
92
10:45 / 25 Oktyabr 2026
134
10:34 / 25 Oktyabr 2026
960
07:01 / 25 Oktyabr 2026
267
23:16 / 24 Oktyabr 2026
280
22:52 / 24 Oktyabr 2026
292
22:34 / 24 Oktyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.