Leysanla bağlı XƏBƏRDARLIQ
23 Oktyabr 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
445
26.05.2024, 19:00
Turizm bölgələrində yay mövsümünə sayılı günlər qalıb. Tətil bir çox insan üçün səyahət deməkdir. Ancaq hamının səbirsizliklə gözlədiyi uzun səyahətlər zamanı heç nəzərə alınmayan təhlükə də var.
Mütəxəssislər uzun müddətli avtobus, qatar və ya təyyarə səfərlərinin ölümcül problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
OXU24.COM xəbər verir ki, uzun müddət hərəkətsiz qaldığınız avtobus, qatar və ya təyyarə ilə səyahət tibbdə venoz tromboz deyilən problemə səbəb ola bilər.
Həkimlər baldır əzələlərinin uzun müddət fəaliyyət göstərməməsi nəticəsində baş verə biləcək venoz tromboz riskinə diqqət çəkiblər.
Uzunmüddətli səyahətlərin kabusa çevrilməməsi üçün bu riskin qarşısını almağın yolları da izah olunub.
Səyahətə çıxmazdan əvvəl hazırlıq görmək tövsiyə edilir. Belə ki, yol boyu bol maye qəbul etmək, spirtli içkilərdən uzaq durmaq, dar və narahat paltarlar geyinməmək tövsiyə olunur.
Prof. Dr. Tevfik Özlü 4 saatdan çox ayaqlar aşağı salınmış vəziyyətdə davam edən səyahətlərlə bağlı risklərdən danışıb.
O, risk qrupunda olanların uzun səfərlərdən əvvəl özlərinə diqqət etmələrinin vacib olduğunu bildirib:
"Xüsusilə yaşlı və artıq çəkili insanlar, müəyyən dərmanlar qəbul edənlər və ya xərçəng kimi müəyyən xəstəlikləri olanlar daha çox risk altındadır. Normalda sağlam insanlar da belə uzun səfərlər zamanı çoxlu maye qəbul etməli, spirtli içki və ya yuxu dərmanı istifadə etməməli, vaxtaşırı oturma tərzini dəyişməli, fürsət düşən kimi qalxıb təyyarədə hərəkət etməli, ehtiyac olmasa belə avtobus dayandıqda enib gəzişməlidirlər".
Həkim qeyd edib ki, yüksək risk altında olanlar və hamilələr uçuşdan əvvəl həkimlə məsləhətləşdikdən sonra profilaktik olaraq bəzi qan durulaşdırıcı vasitələrdən istifadə edə və kompressiya corabları geyinə bilərlər.
Onun sözlərinə görə, venoz tromboz riski təkcə səyahət zamanı deyil, daim parta arxasında oturan, ofisdə və ya işdə saatlarla yerindən qalxmadan işləyən insanlarda, dövlət qulluqçularında da yüksəkdir:
"Buna görə də uzun müddət hərəkətsiz oturmaq, ayaqlarınızı divan və ya stuldan sallamaq təhlükəlidir. 1 saat oturduqdan sonra 5-10 dəqiqə belə qalxıb hərəkət etmək faydalıdır. Xüsusilə də vaxtaşırı olaraq oturma mövqeyinizi dəyişmək ayaqlarda qan dövranı üçün faydalı ola bilər".
12:34 / 23 Oktyabr 2026
55
12:20 / 23 Oktyabr 2026
43
12:18 / 23 Oktyabr 2026
45
12:15 / 23 Oktyabr 2026
64
12:13 / 23 Oktyabr 2026
49
12:10 / 23 Oktyabr 2026
46
12:07 / 23 Oktyabr 2026
154
12:00 / 23 Oktyabr 2026
48
11:43 / 23 Oktyabr 2026
241
11:23 / 23 Oktyabr 2026
71
11:19 / 23 Oktyabr 2026
79
11:17 / 23 Oktyabr 2026
320
11:05 / 23 Oktyabr 2026
78
10:55 / 23 Oktyabr 2026
424
10:50 / 23 Oktyabr 2026
84
10:31 / 23 Oktyabr 2026
149
10:29 / 23 Oktyabr 2026
82
10:25 / 23 Oktyabr 2026
199
10:24 / 23 Oktyabr 2026
81
09:54 / 23 Oktyabr 2026
81
09:48 / 23 Oktyabr 2026
534
09:46 / 23 Oktyabr 2026
197
09:41 / 23 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.