Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin əfv etdiyi qadınlar kimdir? - FOTOLAR

Prezidentin əfv etdiyi qadınlar kimdir? - FOTOLAR

CƏMİYYƏT

799

26.05.2024, 11:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin dörd saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

 

Oxu24.com  xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi bu müəssisədə sərəncam ümumilikdə dörd nəfərə şamil olunub.

 

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.

 

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov da iştirak edib.

 

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.