Alimlər şəkərdən tamamilə imtina etməyin mənfi nəticələrini aşkar ediblər
26 Noyabr 2026, 02:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
355
23.05.2024, 19:55
Ankara şəhərində rəsmi səfərdə olan Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin Ədliyyə Nazirliyinin inzibati binasını ziyarət edib.
Rəsmi ziyarətdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən ədliyyə naziri Yılmaz Tunç görüşdən məmnunluğunu ifadə edərək Türk Dövlətləri Təşkilatının (TDT) tarixindən danışıb, ilk dəfə 1992-ci ildə Ankara şəhərində Türk Dili Danışan Ölkələr Zirvəsinin keçirildiyini və bununla da TDT-nin təməlinin qoyulduğunu vurğulayıb.
Eyni zamanda nazir diqqətə çatdırıb ki, tək vəkillikdə deyil, ədliyyə, Hakimlər və Prokurorlar Şurası, notariat, mediatorluq və digər sahələrində də belə birliklər yaradılıb və yaradılmaqda davam edir. Yaxın zamanlarda türkdilli dövlətlərə səfər edəcəyini söyləyən Yılmaz Tunç səfər çərçivəsində həmin ölkələrin Vəkillər kollegiyalarını ziyarət edəcəyini deyib.
O, Türk dünyası Vəkillər kollegiyalarının əməkdaşlığının sürətlə inkişaf etdiyini, hüquq sahəsində bunun vacibliyini ifadə edib.
Həmçinin görüşdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək əməkdaşlığın vacibliyini vurğulayıb, görüşün məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib, habelə fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olunub.
Sonda ARVK-nın sədri Anar Bağırovla nazir Yılmaz Tunç bir-birilərinə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.
02:09 / 26 Noyabr 2026
1
01:29 / 26 Noyabr 2026
93
01:13 / 26 Noyabr 2026
69
00:47 / 26 Noyabr 2026
89
00:33 / 26 Noyabr 2026
95
00:30 / 26 Noyabr 2026
99
00:19 / 26 Noyabr 2026
109
00:04 / 26 Noyabr 2026
112
00:02 / 26 Noyabr 2026
194
23:45 / 25 Noyabr 2026
105
23:44 / 25 Noyabr 2026
109
23:35 / 25 Noyabr 2026
200
23:29 / 25 Noyabr 2026
106
23:14 / 25 Noyabr 2026
134
23:12 / 25 Noyabr 2026
579
23:05 / 25 Noyabr 2026
115
22:56 / 25 Noyabr 2026
126
22:52 / 25 Noyabr 2026
121
22:45 / 25 Noyabr 2026
158
22:32 / 25 Noyabr 2026
120
22:26 / 25 Noyabr 2026
188
22:16 / 25 Noyabr 2026
147
22:12 / 25 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.