8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
377
20.05.2024, 14:40
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlərə, o cümlədən şəhərdə aparılan quruculuq və yaşıllaşdırma işləri, əsaslı təmir aparılan parklarda görülən işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib, işlərin sürətləndirilməsi ilə bağlı təsərrüfat xidmətləri rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Müşavirədə verilən tapşırıqların icra vəziyyəti, xüsusilə paytaxtın lift təsərrüfatının vəziyyəti ilə bağlı Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyində aparılan yoxlamaların nəticələri müzakirə edilib. Aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftə aid xidməti otaqların bəzilərinin sakinlər tərəfindən zəbt edilməsi, bəzilərində qapıların olmaması, istismar müddəti bitmiş bir sıra liftlərin kabinalarının qeyri-qənaətbəxş olması və s. müəyyən edilib.
Eyni zamanda qeyd edilib ki, paytaxtda liftlərlə bağlı vəziyyət yaxşılığa doğru irəliləyib və mövcud nöqsanların ən qısa zamanda aradan qaldırılması ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova və Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevə müvafiq tapşırıq verilib.
Müşavirədə həmçinin şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılmasının carı vəziyyəti təhlil edilib, vəziyyətin qənaətbəxş olduğu qeyd olunub və bu istiqamətdə də işlərin gücləndirilməsi ilə bağlı müvafiq təsərrüfat strukturlarına tapşırıq verilib.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.