Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1092
az

"Pis qoxu gəldiyi üçün mən də metroya minmirəm"

13:3826 Aprel, 2018
1414
CƏMİYYƏT
  • A
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayevanın kənd camaatını təhqir etməsinə münasibət bildirib.
 
Oxu24.com  xəbər verir ki, Araz Əlizadə açıqlamasında şəhərli-kəndli ayrı-seçkiliyinə son verilməsinin tərəfdarı olduğunu söyləyib:

 
 
"Siz gedib yoxlayın görün ki, o qızın özü, əsli haradandır? Onun Bakılı olmasına inanmıram. Ümumiyyətlə, əsli-kökü Bakıdan olan 100 min adam tapmaq çətindir. Yəni, qalan insanların hamısı rayonlardan və kəndlərdən gələn adamlardır. Mənim də bir tərəfim şəhərli, bir tərəfim isə kəndlidir. Özüm isə Bakıda doğulmuşam. İndi mən özümü bakılı, yoxsa kəndli saymalıyam? Bunu dəqiq deyə bilmərəm. İstənilən halda mən kəndlilərə yuxarıdan aşağı baxa bilmərəm”.
 
Deputat 30 ilə yaxındır ki, metrodan istifadə etmədiyini deyib:
 
"Mən 1989-cu ildən bəri metrodan istifadə etmirəm. Bunun da əsas səbəbi metroda olan pis qoxunun səhhətimə çox mənfi təsir etməsidir. Hələ Sovet İttifaqı dövründə olan neft-qaz qoxusu bu gün də metroda qalır. Bakının torpağı neftli olduğu üçün həmin pis qoxu metroda da var. Oradan pis qoxu gəldiyi üçün də mən metroya minmirəm. Ancaq bu pis qoxunun kənd camaatı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, metroda havalandırma sistemi yaxşı deyil”. Sfera Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin ailəsi “Şahdağ”da- Fotolar
Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi
"Whatsapp" bu telefonlarda bloklandı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi