Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

CƏMİYYƏT

331

15.05.2024, 23:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin xarici işlər nazirinin müavini İvan Kondov ilə görüşüb.

“OXU24.COM ” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkə hesabında paylaşım edib.

“Dostluq və səmərəli görüşə görə xarici işlər nazirinin müavini İvan Kondova təşəkkür edirəm”, - deyə Q.Hüseynov qeyd edib.

Səfir əlavə edib ki, görüş zamanı Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər, o cümlədən enerji diversifikasiyası, yaşıl keçid, kommunikasiyalar, innovasiyalar və biznes sahələrində qarşılıqlı fəaliyyətin gələcək inkişafı müzakirə edilib.