Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidə yanğın - VİDEO

İmişlidə yanğın - VİDEO

CƏMİYYƏT

340

13.05.2024, 16:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Oxu24.com nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə edilib.