Qaynar xətt:

(+99450) 247 90 86

DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı  - FOTO

DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı  - FOTO

CƏMİYYƏT

586

12.05.2024, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Elazığ şəhərində 8 gündür itkin düşən qadın bu gün torpağa basdırılmış halda tapılıb.

OXU24.COM xəbər verir ki, bir uşaq anası olan 25 yaşlı Dilarə Günanə mayın 4-də səhər saatlarında evdən çıxıb.

Axşama yaxın ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra narahat olublar. Telefonun saatlarla bağlı qalmasından şübhələnən ailə vəziyyəti polisə bildirib.

Polis qrupları tərəfindən aparılan genişmiqyaslı araşdırmada qadının cəsədi mərkəzə bağlı Sedeftəpə kəndinin Armutluk bölgəsində torpağa basdırılmış vəziyyətdə tapılıb. Torpağın altından çıxarılan qadının cəsədi ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının meyitxanasına aparılıb. Çoxlu şübhəlinin saxlanıldığı hadisə ilə bağlı istintaq davam edir.