Bakıda avtobusların sayı rekord saya çatdırılır
14 Sentyabr 2026, 17:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
313
07.05.2024, 10:27
Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.
Oxu24.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.
A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əməkhaqqı tələbini irəli sürüb. Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.
Həkim A.Mehdiyev işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub: “Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib”.
Həkimin əsassız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.
Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, tibb elmləri namizədi alimlik dərəcəsini alan A.Mehdiyev Almaniyada və Türkiyədə təkmilləşmə kursu keçib.
17:26 / 14 Sentyabr 2026
1
17:15 / 14 Sentyabr 2026
10
17:12 / 14 Sentyabr 2026
31
17:03 / 14 Sentyabr 2026
43
17:01 / 14 Sentyabr 2026
40
16:49 / 14 Sentyabr 2026
298
16:46 / 14 Sentyabr 2026
96
16:35 / 14 Sentyabr 2026
57
16:25 / 14 Sentyabr 2026
60
15:59 / 14 Sentyabr 2026
471
15:50 / 14 Sentyabr 2026
241
15:48 / 14 Sentyabr 2026
370
15:44 / 14 Sentyabr 2026
131
15:43 / 14 Sentyabr 2026
80
15:13 / 14 Sentyabr 2026
71
15:11 / 14 Sentyabr 2026
63
15:01 / 14 Sentyabr 2026
108
15:00 / 14 Sentyabr 2026
85
14:50 / 14 Sentyabr 2026
65
14:43 / 14 Sentyabr 2026
68
14:33 / 14 Sentyabr 2026
429
14:31 / 14 Sentyabr 2026
267
14:30 / 14 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.