Prezident İlham Əliyev 500 min ABŞ dollarının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
14 Sentyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
06.05.2024, 14:14
Paytaxtda I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə mayın 6-na (saat 10:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 337 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Həmçinin paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 169 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 943-ü alternativ qeydiyyat mərkəzlərində, 57-si onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 880-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 289 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (//baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.
21:07 / 14 Sentyabr 2026
19
20:58 / 14 Sentyabr 2026
49
20:42 / 14 Sentyabr 2026
119
20:34 / 14 Sentyabr 2026
77
20:19 / 14 Sentyabr 2026
57
20:10 / 14 Sentyabr 2026
116
19:55 / 14 Sentyabr 2026
82
19:45 / 14 Sentyabr 2026
151
19:34 / 14 Sentyabr 2026
106
19:24 / 14 Sentyabr 2026
69
19:19 / 14 Sentyabr 2026
93
19:09 / 14 Sentyabr 2026
740
19:08 / 14 Sentyabr 2026
152
18:51 / 14 Sentyabr 2026
268
18:45 / 14 Sentyabr 2026
242
18:34 / 14 Sentyabr 2026
222
18:28 / 14 Sentyabr 2026
66
18:22 / 14 Sentyabr 2026
84
18:19 / 14 Sentyabr 2026
88
18:14 / 14 Sentyabr 2026
154
18:12 / 14 Sentyabr 2026
75
18:04 / 14 Sentyabr 2026
524
17:51 / 14 Sentyabr 2026
2360
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.