Hacı Əliyev bu rütbədə İMİŞ -FOTO
15 Aprel 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
271
06.05.2024, 13:34
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13-17 mayda quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.
Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, monitorinqlər zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşların ovlanması və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.
Həmçinin oxuyun
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.
Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq.
Əlavə olaraq, monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.
12:05 / 15 Aprel 2026
1
12:03 / 15 Aprel 2026
7
11:57 / 15 Aprel 2026
23
11:48 / 15 Aprel 2026
27
11:44 / 15 Aprel 2026
26
11:33 / 15 Aprel 2026
83
11:30 / 15 Aprel 2026
38
11:23 / 15 Aprel 2026
38
11:13 / 15 Aprel 2026
576
11:09 / 15 Aprel 2026
41
11:07 / 15 Aprel 2026
45
11:05 / 15 Aprel 2026
91
10:53 / 15 Aprel 2026
174
10:43 / 15 Aprel 2026
180
10:41 / 15 Aprel 2026
41
10:38 / 15 Aprel 2026
56
10:11 / 15 Aprel 2026
45
10:05 / 15 Aprel 2026
64
10:04 / 15 Aprel 2026
179
10:00 / 15 Aprel 2026
101
09:40 / 15 Aprel 2026
63
09:37 / 15 Aprel 2026
59
09:24 / 15 Aprel 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.