Tələbələr kirayə ev üçün bu ünvanlara üz tutur – SƏRFƏLİ QİYMƏTLƏR
15 Sentyabr 2026, 02:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1037
02.05.2024, 18:18
1 iyul tarixinədən taksi fəaliyyəti üçün icazə alanlar bir sıra üstünlüklərə malik olacaqlar.
Bu barədə Oxu24.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Artıq 1 aydır ki, yaşı 15 ili keçməyən nəqliyyat vasitəsi olan hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əldə edirlər.
"Bu zaman nəqliyyat vasitəsinə “avro-5” standartı tələbi tətbiq olunmur.
Qeyd edək ki, yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər bu fürsəti dəyərləndirib 1 iyul 2024-cü il tarixinə kimi //e-xidmet.ayna.gov.az/ portalına daxil olub icazə üçün müraciət etməlidirlər. Bu tarixdən sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər.
Məsələn, 11 il istehsal müddəti olan avtomobillə 1 iyul tarixinədək icazə alındığı təqdirdə növbəti 4 il taksi fəaliyyəti göstərmək mümkün olacaq", - AYNA-dan bildirilib.
Həmçinin qeyd olunub ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır:
"Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək".
02:04 / 15 Sentyabr 2026
13
00:04 / 15 Sentyabr 2026
98
23:50 / 14 Sentyabr 2026
149
23:31 / 14 Sentyabr 2026
58
23:13 / 14 Sentyabr 2026
85
22:51 / 14 Sentyabr 2026
119
22:40 / 14 Sentyabr 2026
93
22:25 / 14 Sentyabr 2026
213
22:16 / 14 Sentyabr 2026
90
22:13 / 14 Sentyabr 2026
233
22:03 / 14 Sentyabr 2026
88
21:59 / 14 Sentyabr 2026
160
21:48 / 14 Sentyabr 2026
66
21:39 / 14 Sentyabr 2026
65
21:33 / 14 Sentyabr 2026
78
21:28 / 14 Sentyabr 2026
88
21:11 / 14 Sentyabr 2026
81
20:58 / 14 Sentyabr 2026
869
20:42 / 14 Sentyabr 2026
192
20:34 / 14 Sentyabr 2026
520
20:19 / 14 Sentyabr 2026
77
20:10 / 14 Sentyabr 2026
209
19:55 / 14 Sentyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.