Növbəti köç karvanı Cəbrayıla çatdı - FOTO / YENİLƏNİB
12 Sentyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
94
14.09.2026, 19:08
Ermənistan və ABŞ arasında “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRİPP) ilə bağlı Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin mətni dərc olunub. ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da Ermənistana səfəri zamanı paraflanan, 3-4 iyun tarixində imzalanan saziş 11 maddədən ibarətdir.
Ermənistan mediası, xüsusilə hakimiyyətə yaxın informasiya resursları sazişi rəsmi İrəvanın “dəhliz” məntiqinə qarşı qalibiyyəti kimi təqdim edir. Sazişdə Ermənistanın TRİPP layihəsi üzərindəki suverenliyinin qəbul edilməsi ilə bağlı müddəalar da bu tezisi ön plana çıxarır.
8-ci maddədə qeyd olunur: Tərəflər Ermənistanın öz sərhədləri və gömrük əməliyyatları üzərində tam suverenliyini və yurisdiksiyasını saxladığını, bütün sərhəd nəzarəti obyektlərində fiziki mövcudluğunu saxlamaq hüququna malik olduğunu qəbul edirlər. Ermənistan daxili qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq, aşağıdakılar üçün məsuliyyət daşıyacaq və müvafiq infrastrukturu təmin edəcək:
- təhlükəsizlik və hüquq-mühafizə orqanları;
- sərhəd nəzarəti və təhlükəsizliyi;
- gömrük və immiqrasiya nəzarəti;
- vergi və rüsumların dövlət büdcəsinə köçürülməsi;
- dövlət məlumat sistemləri;
- dövlət inzibati funksiyaları və nəzarəti”.
Bu məqamlar Ermənistanın TRİPP – Zəngəzur dəhlizi üzərində əvvəldən istədiyi “suverenlik prinsipinə” nail olduğunu göstərir.
Sual yaranır: bəs “dəhliz məntiqi” necə oldu, Naxçıvana maneəsiz keçid necə təmin ediləcək?
İki məqam sazişdə əks olunan “Ermənistan suverenlik prinsipi”nin Azərbaycanın Naxçıvana maneəsiz keçidə aid olmadığını deməyə əsas verir.
Birincisi, TRİPP Çərçivə Sazişi Ermənistan və ABŞ arasında imzalansa da, Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə əks olunmuş razılaşmaların praktiki icrasını nəzərdə tutur: Birgə Bəyannamədə isə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılması qeyd olunur;
İkincisi, Çərçivə Sazişində də Birgə Bəyannaməyə istinad olunur, TRİPP-in “Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, Transxəzər Ticarət Marşrutunda həyati əhəmiyyətli əlaqə yaradacağı” vurğulanır.
Bu baxımdan, TRİPP Çərçivə Sazişində Ermənistanın sərhəd, gömrük və digər imtiyazlarının Azərbaycanın Naxçıvanla maneəsiz bağlantı qurmasını əhatə etmədiyini, bu marşrutdan istifadə edəcək digər ölkələrə-şirkətlərə tətbiq ediləcəyini deyə bilərik. Azərbaycan maneəsiz şəkildə Naxçıvana çıxış imkanına sahib olacaq.
Bunun texniki baxımından necə olacağının təfərrüatları tam bəlli olmasa da, Çərçivə Sazişində qeyd olunan “ön ofis/arxa ofis” detalı diqqət çəkir. Sərhəd-keçid məntəqəsində ön ofis sərnişinlərlə birbaşa təmasın qurulması, arxa ofis isə məlumatların yoxlanılmasını nəzərdə tutur. Ermənistan daha öncədən bəyan edir ki, TRİPP marşrutunda daşınan yüklər və sərnişinlərlə nəzarət edəcək. Bu, rəsmi Bakının, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “azərbaycanlıların erməni sərhədçilərlə təmas qurmaması” tələbinə uyğun gəlmir. Lakin sazişdə qeyd olunan “ön ofis/arxa ofis” detalı bunun texniki baxımdan həllinə dair müəyyən təxminlər yaradır.
Sazişdə qeyd olunur: “TİF (TRİPP İcra Çərçivəsinə dair Birgə Bəyanat (ABŞ-Ermənistan bəyanatı-red) və Birgə Bəyannamənin prinsiplərinə uyğun olaraq, TRIPP layihəsi üçün gömrük və immiqrasiya əməliyyatlarının “ön ofis/arxa ofis” metodunun tətbiqi üçün zəruri addımlar atıla bilər. Ermənistan, Ermənistan və TDC-nin (TRİPP İnkişaf Şirkəti) qarşılıqlı razılığı şərtilə, TRIPP-in Tətbiq Sahələri daxilində müvafiq sərhəd keçid məntəqələrində müştəri yönümlü xidmətlər göstərmək üçün özəl operatorlardan (“ön ofis”) istifadə etməyə razıdır”.
Bu deməyə əsas verir ki, TRİPP marşrutunda – Zəngəzur dəhlizində sərhəd keçid məntəqələrinə nəzarəti özəl operatorlar (ABŞ şirkətləri) edə, azərbaycanlıların keçidini də erməni sərhədçilər deyil, amerikalılar həyata keçirə bilər. Sazişin bu hissəsində Birgə Bəyannamənin prinsiplərinə istinad edilməsi də bunu əsaslandıran amillərdəndir.
19:34 / 14 Sentyabr 2026
3
19:24 / 14 Sentyabr 2026
20
19:19 / 14 Sentyabr 2026
41
19:09 / 14 Sentyabr 2026
222
18:51 / 14 Sentyabr 2026
147
18:45 / 14 Sentyabr 2026
178
18:34 / 14 Sentyabr 2026
150
18:28 / 14 Sentyabr 2026
52
18:22 / 14 Sentyabr 2026
69
18:19 / 14 Sentyabr 2026
66
18:14 / 14 Sentyabr 2026
100
18:12 / 14 Sentyabr 2026
62
18:04 / 14 Sentyabr 2026
299
17:51 / 14 Sentyabr 2026
503
17:45 / 14 Sentyabr 2026
94
17:45 / 14 Sentyabr 2026
128
17:40 / 14 Sentyabr 2026
58
17:26 / 14 Sentyabr 2026
146
17:15 / 14 Sentyabr 2026
69
17:12 / 14 Sentyabr 2026
85
17:03 / 14 Sentyabr 2026
157
17:01 / 14 Sentyabr 2026
65
16:49 / 14 Sentyabr 2026
782
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.