"Üzü üstə yatıb ölmüşdü" - Nəvəsinin andiçməsindən sonra ölən kişi ilə bağlı YENİ XƏBƏR
14 Noyabr 2026, 18:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
527
14.09.2026, 21:59
"Çevik" ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bəs sözügedən maddə özündə nəyi ehtiva edir?
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Məcəllənin 283.1-ci maddəsinə əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə 8 000 manatdan 12 000 manatadək cərimə, iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Eyni əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin sözügedən əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Cinayət Məcəlləsinə əsasən, 283.1-ci maddədə nəzərdə tutulan əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin maliyyələşdirilməsi də üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bundan başqa, Cinayət Məcəlləsinin 283-1-ci maddəsi Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaradılması ilə bağlı məsuliyyəti müəyyən edir.
Azərbaycan Respublikası vətəndaşlarını və ya ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, bu məqsədlə döyüş təlimləri keçirmək, sabit qrup yaratmaq və ya belə qrupa rəhbərlik etmək doqquz ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər yetkinlik yaşına çatmayan şəxsin cəlb edilməsi ilə törədildikdə cəza 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə təşkil edir.
Belə qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştiraka görə isə yeddi ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qeyd olunan hərəkətlərin törədilməsinə açıq çağırışların edilməsi, habelə bu cür məzmunlu materialların yayılması beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır./Oxu.az
18:21 / 14 Noyabr 2026
21
18:09 / 14 Noyabr 2026
51
18:06 / 14 Noyabr 2026
342
18:03 / 14 Noyabr 2026
49
17:18 / 14 Noyabr 2026
132
17:15 / 14 Noyabr 2026
94
16:20 / 14 Noyabr 2026
108
16:05 / 14 Noyabr 2026
151
15:45 / 14 Noyabr 2026
116
15:27 / 14 Noyabr 2026
283
15:25 / 14 Noyabr 2026
125
15:07 / 14 Noyabr 2026
256
15:05 / 14 Noyabr 2026
135
14:44 / 14 Noyabr 2026
174
14:31 / 14 Noyabr 2026
124
14:24 / 14 Noyabr 2026
709
14:19 / 14 Noyabr 2026
124
14:15 / 14 Noyabr 2026
115
13:50 / 14 Noyabr 2026
3114
13:48 / 14 Noyabr 2026
150
13:16 / 14 Noyabr 2026
146
13:03 / 14 Noyabr 2026
130
12:49 / 14 Noyabr 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.