Qaynar xətt:

(+99450) 247 90 86

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

CƏMİYYƏT

355

02.05.2024, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.

 

Oxu24.com  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

 

Məlumata görə, əlavə təyin edilən qatarlar mayın 4-də saat 09:15-də Bakıdan- Ağstafaya, mayın 5-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

 

Həmçinin, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlarımız da hər həftəsonu xidmətinizdədir.