Krediti olanlar bunu bilməlidir
18 Sentyabr 2026, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
523
02.04.2024, 00:18
Psixi sağlamlıq və insan hüquqları haqqında danışarkən narkomaniya probleminə toxunmamaq mümkün deyil. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkədə narkomaniya ilə bağlı problem aktuallığını qorumaqdadır.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniyadan əziyyət çəkən şəxslərin hüquqlarının təmin edilməsi vacib məsələlərdəndir və tərəfimizdən diqqətdə saxlanılır. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi də mövcuddur. Respublika Narkoloji Mərkəzinə tərəfimizdən ötən il həyata keçirilmiş başçəkmə zamanı həmin gün üçün 2.000 pasiyentin Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum olmuşdur. Bu məsələyə diqqəti çəkərək narahatlığımı bildirir, aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram.
Bu gün ölkəmizdə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla - narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar mövcuddur. Bu isə ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır", - deyə Ombudsman bildirib.
19:08 / 18 Sentyabr 2026
5
19:06 / 18 Sentyabr 2026
20
19:05 / 18 Sentyabr 2026
18
18:58 / 18 Sentyabr 2026
40
18:56 / 18 Sentyabr 2026
37
18:55 / 18 Sentyabr 2026
47
18:50 / 18 Sentyabr 2026
35
18:48 / 18 Sentyabr 2026
44
18:40 / 18 Sentyabr 2026
43
18:28 / 18 Sentyabr 2026
150
18:23 / 18 Sentyabr 2026
47
18:21 / 18 Sentyabr 2026
169
18:18 / 18 Sentyabr 2026
65
18:16 / 18 Sentyabr 2026
119
18:14 / 18 Sentyabr 2026
87
18:06 / 18 Sentyabr 2026
48
17:55 / 18 Sentyabr 2026
62
17:19 / 18 Sentyabr 2026
73
17:00 / 18 Sentyabr 2026
66
16:40 / 18 Sentyabr 2026
75
16:20 / 18 Sentyabr 2026
156
16:05 / 18 Sentyabr 2026
86
16:03 / 18 Sentyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.