Böyük Ağayev kimdir?
19 Sentyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
415
19.03.2024, 10:54
"Hər ibadət ruhun ayrı bir qidasıdır. Həqiqi mənada tutulan orucun verdiyi feyz və ruhaniyyət isə çox qiymətlidir. Orucun əsl həqiqəti onun mənəvi, əxlaqi və ictimai dəyərlərində gizlidir. Belə ki, oruc – nemətlərin qədrini bildirərək könüllərdəki şükran duyğularını dərinləşdirir."
Bu fikirləri "İki sahil"ə açıqlamasında Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı hacı Gülağa İsmayılov bildirib.

İlahiyyatçı vurğulayıb ki, oruc gözəl əxlaq, təqva, ixlas və səbir təlimidir: "Nəfsin istəklərini tənzimləyə bilmə iradəsinin qazanılmasıdır. Nəfsaniyyəti cilovlayaraq ruhaniyyətə səviyyə qazandırmaqdır. Ramazan ayında bəlli bir müddət mədəmiz ac qalır, ağlımız, ruhumuz, vicdanımız, qəlbimiz isə doyur. Ramazan ayı ağlın, ruhun, vicdanın, qəlbin ən çox doyduğu, qidalandığı aydır. İnsan ac qaldıqca, ya da az yedikcə düşünmək imkanı artır, ehtiyac ağılı hərəkətə keçirir, bədən ac qaldıqca ruhun qanadları açılır, qəlb imanla doyur. Allahın Ramazan proqramında QURANİ-Kərim var, Qurani-Kərim Ramazanın ruhudur, ilahi mesaj bu ayda nazil olduğu üçün oruc tuturuq (Tövratın, İncilin, Zəburun da Ramazan ayında nazil edildiyi ilə bağlı rəvayətlər var)."
G.İsmayılov qeyd edib ki, bu ayda ruhumuzun qidası Allahın zikridir: "Quranı-Kərimin bir adı da zikridir. Yəni bu ayın ziyafət süfrsindəki ən ləziz təam Qurani-Kərimdir, Onunla ünsiyyətdir. Onu oxumaq, dərk etmək və göstərişlərinə əməl etmək ruhun ən ehtiyaclı olduğu nemətdir. Uca Allah buyurur: "Bilin və ağah olun, Qəlblər ( Ruhlar) yalnız Allahın zikri ilə aramlıq tapar". Nəticə olaraq deyə bilərik ki, ruhun nəfəsi Allahın zikridir."
23:51 / 19 Sentyabr 2026
1
23:48 / 19 Sentyabr 2026
10
23:46 / 19 Sentyabr 2026
14
23:44 / 19 Sentyabr 2026
19
23:44 / 19 Sentyabr 2026
20
23:34 / 19 Sentyabr 2026
28
23:33 / 19 Sentyabr 2026
66
23:31 / 19 Sentyabr 2026
107
23:24 / 19 Sentyabr 2026
38
23:20 / 19 Sentyabr 2026
38
23:17 / 19 Sentyabr 2026
43
23:13 / 19 Sentyabr 2026
45
23:08 / 19 Sentyabr 2026
60
23:01 / 19 Sentyabr 2026
54
22:58 / 19 Sentyabr 2026
26
22:54 / 19 Sentyabr 2026
58
22:39 / 19 Sentyabr 2026
59
22:29 / 19 Sentyabr 2026
67
22:13 / 19 Sentyabr 2026
270
21:53 / 19 Sentyabr 2026
66
21:35 / 19 Sentyabr 2026
64
21:34 / 19 Sentyabr 2026
62
21:19 / 19 Sentyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.