“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
395
18.03.2024, 12:51
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.
OXU24.COM APA-ya istinadən bildirir ki, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub.
O, 1976-cı ildə fəlsəfə elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ildə fəlsəfə elmləri doktoru, 2002-ci ildə professor elmi adlarını qazanıb.
Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.
O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.
Əsədulla Qurbanov "91-lər"in tanınmış nümayəndələrindən idi.
Allah rəhmət eləsin!

01:05 / 20 Sentyabr 2026
30
00:52 / 20 Sentyabr 2026
32
00:43 / 20 Sentyabr 2026
26
00:34 / 20 Sentyabr 2026
210
00:25 / 20 Sentyabr 2026
114
00:20 / 20 Sentyabr 2026
68
00:18 / 20 Sentyabr 2026
53
00:01 / 20 Sentyabr 2026
53
23:56 / 19 Sentyabr 2026
62
23:51 / 19 Sentyabr 2026
56
23:48 / 19 Sentyabr 2026
58
23:46 / 19 Sentyabr 2026
56
23:44 / 19 Sentyabr 2026
57
23:44 / 19 Sentyabr 2026
58
23:34 / 19 Sentyabr 2026
66
23:33 / 19 Sentyabr 2026
313
23:31 / 19 Sentyabr 2026
430
23:24 / 19 Sentyabr 2026
67
23:20 / 19 Sentyabr 2026
66
23:17 / 19 Sentyabr 2026
74
23:13 / 19 Sentyabr 2026
74
23:08 / 19 Sentyabr 2026
73
23:01 / 19 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.