“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
406
16.03.2024, 21:12
Astaranın dağ kəndində torpaq sürüşməsi 15-ə yaxın ev üçün təhlükə yaradıb. Artıq bir neçə ailə öz evini tərk edib, qohumlarının evinə sığınıb.
OXU24.COM xəbər verir ki, rayonun Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra ərazidə torpaq qatının sürüşməsi baş verib. Sürüşmə məhəllədə 15-ə yaxın fərdi yaşayış evi üçün təhlükə yaradıb. Sakinlərin qorxduğu odur ki, bu ərazidə iki-üç bal gücündə yeraltı təkanlar olsa, evlər tamamilə dağıla bilər.
Onların sözlərinə görə, kənddə yaşamağa heç bir şərait yoxdur:
“Yağış yağanda uşaqları götürüb qohumlar evində qalmağa məcburuq. Çünki təhlükəli vəziyyətdədir. Hazırda kənddə yaşamaq səbəbi budur ki, bura bizim dədə-babamızın yurdudur”.
Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub. Artıq kənddə bu sahə ilə məşğul olan ailələrin də sayı azalıb:
“Təsərrüfatla məşğul ola bilmirik. Ağac əkirik, sürüşmə olur, məhv edir. Ev tikmişik, uçmaq üzrədir. Beş-altı il qabaq 500-ə yaxın mandarin ağacları məhv oldu. İndi də 150 ağac əkilib, onları da torpaq qatı aparır”.
Kənddə yaranan mövcud durumla bağlı yerli ərazi icra nümayəndəliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərinin aqibəti ilə bağlı da qərar veriləcək.






01:05 / 20 Sentyabr 2026
53
00:52 / 20 Sentyabr 2026
53
00:43 / 20 Sentyabr 2026
51
00:34 / 20 Sentyabr 2026
294
00:25 / 20 Sentyabr 2026
131
00:20 / 20 Sentyabr 2026
84
00:18 / 20 Sentyabr 2026
59
00:01 / 20 Sentyabr 2026
57
23:56 / 19 Sentyabr 2026
66
23:51 / 19 Sentyabr 2026
58
23:48 / 19 Sentyabr 2026
61
23:46 / 19 Sentyabr 2026
59
23:44 / 19 Sentyabr 2026
60
23:44 / 19 Sentyabr 2026
61
23:34 / 19 Sentyabr 2026
68
23:33 / 19 Sentyabr 2026
350
23:31 / 19 Sentyabr 2026
463
23:24 / 19 Sentyabr 2026
70
23:20 / 19 Sentyabr 2026
69
23:17 / 19 Sentyabr 2026
77
23:13 / 19 Sentyabr 2026
76
23:08 / 19 Sentyabr 2026
74
23:01 / 19 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.